"WWF" təşkilatı nəsli kəsilməkdə olan heyvanlar üçün emoji kampaniyası başlatdı. Layihə "Wieden & Kennedy London" və "Unicode" şirkəti ilə birlikdə hazırlanıb. Sözügedən layihə üçün heyvan şəklində 17 emoji yaradıldı. Bunlar panda, fil, pələng, mavi balina və bu kimi digər heyvanlardır. WWF bu emojiləri "Twitter"də retweet etməyə çağırır. Hər bir göndərilən heyvan şəklinə görə "WWF" hər ay Volunteera 10 sent əlavə edir. Daha ətraflı məlumatı endangeredemoji.com saytından əldə etmək mümkündür. Kampaniya Böyük Britaniya, Fransa və Hollandiyada keçirilir.