"Nestle" şirkəti özünün qəhvə brendi "Nescafe Gold" üçün tamamilə yeni bir marketinq strategiyası təqdim etdi. Şirkətin "Dinozavrlar" adlı aparıcı reklam çarxı xüsusi olaraq "Publicis London" agentliyi tərəfindən hazırlanmışdır. Emosional reklam çarxında brendin öz müştərilərinin hisslərininə necə ürək ilə yanaşdığı əks olunub.



Tənqidçilər qeyd edir ki, Publicis vəNestlenin təqdim etdiyi bu layihə bir çox məşhur layihələrə bənzəyir. Məsələn "John Lewis"in təqdim etdiyi bir oğlan ilə pinqvinin dostluğu haqında olan reklam çarxı. Lakin, Nestle brendinin içkilər üzrə marketinq rəhbəri Richard Hovatson kampaniyanın tamaşaçılar tərəfindən böyük coşğuyla qəbul edildiyini bildirib. Sözügedən reklam çarxı Cənubi Afrikada Christian Mackenzie və Patrick Chan rejissorluğu ilə lentə alınıb.