Alkoqolsuz içki brendi "Pepsi" Kanada avadanlıq istehsalçısı "UrtheCast" ilə birlikdə Beynəlxalq Kosmik Stansiyası (BKS) üçün birgə layihə həyata keçirir. Qısametrajlı filmdə bütün dünyadan minlərlə azarkeş reklam çarxının çəkilişlərində iştirak edəcək. Layihə bu ilin payız fəslində təqdim olunacaq. Qısametrajlı film Yer və Kosmosun müxtəlif nöqtələrindən və bucaqlarından çəkiləcək.



Çəkilişlər ondan çox ölkədə, dörd qitədə aparılacaq. Bu çəkilişlər zamanı minlərlə fanat UrtheCast HD video kamerası ilə çəkilmiş obyektivə düşə biləcək. İlkin mərhələdə UrtheCast kosmosdan indiyə qədər görünmyən kadrları çəkəcək. Layihənin kreativ drektoru və səkkiz dəfə "Grammy" mükafatı sahibi müğənni Asher fanatları insanları təəccübləndirən və onların dünyaya baxış tərzini yeniləyən fotoşkillər təqdim etməyə dəvət edir. İyun ayının 2-nə qədər arzu edən hər kəs gün ərzində 1 ədəd PepsiChallenge.com saytına fotoşkil yükləyə bilər. Bu şəkillərin arasından Asher ən təsir edici fotonu seçəcək və fotonun sahibini çəkiliş meydanında özü ilə görüşə dəvət edəcək. Qalib şəxsin işi isə bütün dünya üzrə online qalereyada nümayiş olunacaq.