"Bussines İnsider"ın xəbərinə görə, mesajlaşma tətbiqini inkişaf etdirmək üçün işə başlayan dünya nəhəngi Yahoo, 800 milyondan artıq istifadəçiyə sahib olan "Whatsapp"a alternativ olmaq istəyir. Şirkətə yaxın mənbələr "Yahoo"nun bu tətbiqində, istifadəçilərin yazılı mesajlaşma ilə yanaşı, video və səsli məzmun paylaşımlarına icazə verəcəyi bildirilir. Bundan başqa, şirkətin əsas məqsədinin Meerkat və "Periscope"dakı canlı yayım xüsusiyyəti kimi bir proqram inkişaf etdirmək olduğu iddia edilir.