Texnologiya nəhəngi Apple şirkətinin ikinci rübdəki gəliri 33 faiz artımla gözləntiləri aşıb. Bu artımda “iPhone”a tələbin güclü olması və Çindəki satışların artımı təsir göstərib.



San-Fransiskoda yerləşən şirkətdən verilən açıqlamada, Martda sona çatan rübdə xalis mənfəətin 13.6 milyard dollar və ya bir səhmə 2.33 dollar olduğu bildirilib. Şirkətin gəlirləri isə 27 faiz artımla 58 milyard dollara çıxıb.



Çindəki iPhone satışları ilk dəfə “ABŞ”ı geridə qoyub. Böyük ekranlı iPhone 6 və iPhone 6 plus məhsullarına olan yüksək tələbat “Apple”ı 2012-ci ildəki rekorddan bu yana ən yüksək illik mənfəətə yaxınlaşdırır. Şirkətə görə, içində olduğumuz rübdəki satış rəqəmləri də analitik proqnozlardan çox baş tutacaq. Bu da iPhone tələbinin davam edəcəyini və “Apple Watch”a dair nikbinlik olduğunu göstərir. Apple eyni rübdə 61.2 milyon iPhone, 12.6 milyon iPad, 4.6 milyon Mac satıldığını açıqlayıb. Apple iPhone satışlarından 40.2 milyard dollar gəlir götürüb. Analitiklər bir səhmə 2.16 dollar xalis mənfəət və 56 milyard dollarlıq gəlir gözləyirdilər.