Çinin mobil telefon istehsalçısı "Xiaomi" 12 saatda 2 milyondan çox mobil telefon satışı həyata keçirib. Beşinci ildönümü səbəbilə bir kampaniya keçirən şirkət satışlardan cəmi 335 milyon dollar gəlir əldə edib.
Şirkət 2014-cü ildə 61 milyon mobil telefonu sataraq, 12 milyard dollara yaxın gəlir əldə edib. Dünyanın üçüncü böyük mobil telefonu istehsalçısı olan "Xiaomi" Çindən başqa, Malayziya, Hindistan və İndoneziyada da satış həyata keçirir.