Lego Group, "Skylanders" və "Disney Infitity" ilə rəqabət aparmaq qərarına gəldi və "Lego Dimensions"un çıxışını elan etdi. Yeni əyləncə özündə video oyunların üstünlüklərini sevimli qəhrəmanların fiqurları ilə birləşdirir. Oyunun hazırlanması ilə Warner Bros. Interactive Entertainment və Traveller's Tales Games məşğul olub. "Lego Dimensions"un təqdimatı bu ilin Sentyabr ayının sonunda baş tutacaq. O zamana qədər isə şirkət reallığın uydurma kainatın sakinləri ilə görüşdüyü əyləncəli reklam çarxı təqdim edib. Reklam çarxında Amerika aktyoru Joel McHale rol alıb.