"Dove" yeni kampaniyasında fərqli ölkələrdəki müəyyən edilmiş qapıların üzərinə "Beautiful""Avarage" yəni "gözəl" və "orta" yazan yazılar asaraq qadınlara birini seçmək şərtini qoyur.



San Francisco, London, Shangai, Sao Paulo və Delhidə aparılan təcrübə nəticəsində məlum oldu ki, qadınların 96 %-i üzərində "Orta" yazılan qapını seçir.



Üstəlik çəkilişlər sonunda qadınlarla edilən reportajlarda "Orta" qapısından keçən qadınların 80%-inin özlərinin müəyyən xüsusiyyətlərinin gözəl olduğunu qəbul etdiyi müəyyən olunub. Hər gün karyera, ailə və özləri haqqında yüzlərlə seçim edən qadınların, gözəl hiss etmələrinin ən əhəmiyyətli seçimlərdən biri olduğu mesajını verən "Dove" qadınların öz gözəlliklərinin fərqinə varmalarını hədəfləyir.