Coke Zero "ABŞ"da Indianapolisdə içəcək ilə dolu billboard yerləşdirdi. "Taste It" adlı billboard 1370 metr uzunluğundadır. Sözügedən billboardun yerləşdirildiyi White River parkında brendin təşkilatçılığı ilə "Final Four" basketbol oyunları şərəfinə böyük bir konsert təşkil olunacaq.
Azarkeşlər öz smartfonları ilə virtual kolanı daha tez "içmək" uğrunda rəqabət aparacaq. Həmçinin "Coke" oyunun nümayişi zamanı izləyiciləri "Shazam" tətbiqini açmağa dəvət edən reklam çarxı da nümayiş etdirəcək. İzləyicilər bunu edərək televizorun ekranında "Coke Zero"nun öz şüşəsindən axdığını və öz telefonlarının ekranında stəkanın necə içəcək ilə dolduğunu görəcəklər.

