"Beko"nun yeni reklam kampaniyasında futbolda olduğu kimi evdə də ailənin, bir komanda kimi bir-birinə ilham verməsi, birlikdə hərəkət edərək hər zaman bir-birinə dəstək olması, hər anı paylaşması, birlikdə əylənməsi və sonunda müvəffəqiyyəti birlikdə qeyd etməsi əks olunub.
"FC Barcelona"nın ən tanınmış oyunçuları Lionel Messi, Neymar Jr., Gerard Pique, Luis Suarez və Andres İniestanın yer aldığı reklam çarxında futbol meydançasında da evdə də komanda ruhunun eyni olduğu vurğulanır. Reklam çarxı izləyiciləri #JoinOurTeam həştəqini istifadə edərək komandanın bir hissəsi olmağa dəvət edir.