"Microsoft" online təhsilin öndə gələn adlarından olan "edX" ilə əməkdaşlıq etdiyini elan etdi. "edX"in Kütləvi Online Açıq Təhsili (Massive Online Open Courses-MOOC) proqramına qatılan Microsoft, mütəxəssislər vasitəsilə inkişafı hədəfləyən online dərslər verməyə başlayır.



Microsoft mütəxəssislərinin hazırladığı dərs proqramına pulsuz olaraq qatılmaq istəyənlər üçün qeydiyyat da açıldı. Mart ayının sonunda başlayacaq olan ilk mərhələ, aralarında "Microsoft Azure" ilə bulud tətbiqləri dizaynı, "Office 365 API" və "C #"ə giriş kimimövzuların olduğu yeddi dərsdən ibarətdir. İştirakçıların proqramı "edX" sertifikatı alaraq tamamlaması da mümkündür lakin, bunun üçün müəyyən bir ödəniş olunmalıdır.