Hər birimizin çox sevdiyimiz sosial media tətbiqi halına gələn "Instagram"da yeniliklər bitmir. Instagram ilk gündən etibarən tətbiqdə verilən linklərin açılmasına icazə verməyən bir quruluşa sahib idi.



Edilən yeniləmə sayəsində şirkətlərin təqdimat linklərini artıq açmaq mümkün olacaq. "Carousel Ads" adı verilən yeniliklə şirkətlər təqdimat fotoşəkillərini yan yana paylaşa və bu fotoşəkillərin altına link qoya biləcəklər. Bununla əlaqədarbir video çarx da hazırlayan Instagram rəhbərliyi "ABŞ"da reklamların başladığını rəsmən açıqladı.