Amerika peçenye brendi olan "Oreo" və "The Martin Agency" təşkilatının yaradıcıları gənc rəssəmları "Oreo ilə oyun" müsabiqəsində iştirak etməyə dəvət etdi. Bütün dünyadan olan 10 gənc rəssəm parlaq və əlvan posterlər hazırladı.
Oreo ilə oyun layihəsi Yanvar ayında The Martin Agency təşkilatı tərəfindən hazırlanan cizgi filminin təqdimatı ilə başladılıb. Reklam çarxını ABŞ, Çin, Fransa, Argentina olmaqla 40 ölkə izlədi.
Layihəni bütün dünyadan olan 10 ən istedadlı rəssam davam etdirdi. Onlara dunk, dream, roll, twist kimi sözlərlə sözləri ilə söz oyunu oynamaq tapşırıldı. Rəssamlara yalnız bir qanun qoyuldu. Onların əks etdirdiyi obrazlar və ya personajların siması Oreo peçenyesi şəklində olmalı idi





