Çinin elektronika nəhəngi "Huawei" yeni metal gövdəli ağıllı saatı ilə "Apple"a rəqib olmağa hazırlaşır. Bildiymiz kimi İspaniyanın Barselona şəhərində "Ümumdünya Mobil Konqresi" keçirilir.
Konqresdə texnologiya sektorunun ən əhəmiyyətli adları yeni modellərini bir-birinin ardınca təqdim edib. Çinin elektronika nəhəngi "Huawei" də onlardan biri olub. Şirkət, paslanmaz poladdan ağıllı saatını təqdim edib.
"Huawei"nin bu gedişlə 9 Martda keçirəcəyi tədbirdə yeni ağıllı saatı "Apple Watch"u təqdim edəcəyi gözlənilən "Apple"a rəqib olacağı gözlənilir. "Huawei Watch" adı verilən saat şirkətin taxıla bilən ilk texnologiya məhsuludur. "Google Android" sistemini istifadə edən model, 1,4 düym dairəvi ekrana malikdir. Modelin ekranında cızılmaz sapfir şüşə istifadə edilib. Saatın sahib olduğu xüsusiyyətlər arasında ürək ritmini ölçmə, Bluetooth əlaqəsi, e-poçt və mesaj istifadəsi yer alır.