İnsan hər şeyin idealını axtarır. Demək olar ki, hər bir insan üçün hər şeyin daha idealı var. Hər insanın ideal anlayışı fərqli olsa da, hamı üçün ideal sözünün bir açması var: ƏN YAXŞISI!
İnsanların çoxu üçün sevginin ən yaxşısı romatik olanı, çiçəklərin ən yaxşısı isə qızılgül buketidir. Bütün bu idealların hamısını "İdeal"ın 8 mart kommunikasiya konseptində bir arada görmək mümkündür. "Yello Advertising" tərəfindən ərsəyə gətirilmiş bu konsept romantik çalarları ilə göz oxşayır. Obrazlı desək, bu kampaniyadan sevginin ətri gəlir...


