Şokolad markası "Snickers" Super Bowl üçün hazırladığı reklam kampaniyasını açıq havaya və sosial mediaya təqdim etdi. Təqdim olunan reklam izləyicilərdən böyük maraq gördü. Hazırlanan kampaniyada, 1970-ci illərin sitcomu "The Brady Bunch"ın Marcia Bradysi Snickers və BBDO New York tərəfindən Danny Trejoya çevrildi.
Manhattanda Lafayette meydanı və Canal prospektində nəhəng bir divara əvvəlcə Marcia Brady obrazına can verən Maureen McCormickinin rəsmi çəkildi daha sonra bu görütünün üzəri təkrar rənglənərək Trejoya çevrildi. Markanın "Ackən sən sən deyilsən" şüarına aid çevrilmə mesajını əks etdirən bu işin time-lapse texnikasıyla çəkilmiş reklam çarxı da var. Sosial mediadada diqqət çəkən kampaniya #WhatsUpWithMarcia həştəqiylə yayımlanır.