"Fiat" nəhəng billboardlarda istifadə etdiyi reklam vəsaitlərini geri qaytararaq küçə heyvanları üçün yuvalar hazırladı. Fiat Türkiyə çox xüsusi bir layihəni həyata keçirərək baxıma möhtac heyvanların yuva ehtiyaclarını qarşıladı.



Xüsusilə qış aylarındakı mənfi hava şəraitində çöldə qalan sahibsiz heyvanların üşüməməsi və islanmaması üçün nəhəng billboardlarda istifadə edilən reklam vəsaitlərindən geri qaytarılaraq edilən yuvalar "Bolluca Heyvan Sığınacağı"na bağışlandı.



Bu layihə üçün xüsusi hazırlanan video#küçədəkidostlar həştəqi ilə Fiatın sosial media hesablarındapaylaşıldı. Bollucadakı sığınacaq üçün 6 yuva hazırlayan Fiat, cəmi 430 kvadrat metr vinil, 110 metr dəmir və 30 kvadrat metr plywood vəsaitini yuvaya çevirdi. Yuvaların hazırlanmasında Fiat 500 Ailəsinin təqdimatında istifadə olunan 10 ədəd nəhəng billboard elanı ilə birlikdə yeni nəsil Ducatonun təqdimat işlərində istifadə olunan boru və plywoodlardan istifadə olundu. Fiat, il ərzində icra edəcəyi açıq hava reklam işlərində istifadə ediləcək vəsaitləri geri çevirərək sığınacağa olan dəstəyini davam etdirəcək.