"Vauxhall Corsa" İngiltərə daxilində bir outdoor kampaniyası başlatdı. Kampaniyanın özəlliyi avtomobilin müəyyən temperaturda çalışmasına vurğu etməkdən ibarətdir.



500 billboardda iştirak edən kampaniyada hava mənfi 5 dərəcə olduğu zaman poster hərəkətə keçir və avtomobilin qızdırıcı ön şüşəsinin təqdimatı aparılır. “Vauxhall”ın marketinq direktoru Chris Hawken, "General Motors ilk dəfədir ki, bu cür bir açıq hava kampaniyası həyata keçirdi. Real zamanda hava şəraiti ilə dəyişən kampaniya çox diqqət çəkdi" şərhini verib.