ETİ - Elektron Ticarət İcması"Shopera.az"ın təşkilatçılığı, "Kapital Bank"ın təşkilatı dəstəyi ilə 20 Fevral tarixində keçiriləcək zirvə toplantısında bankların taksit kart menecerləri, online alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri hesabat xarakterli çıxışlar edəcəklər. "eTicarət Zirvə Toplantısı"nın keçirilmə məqsədi şirkət və bankların 2014-cü il eTicarət sahəsi üzrə olan hesabatlarının təqdim edilməsi, çıxışçıların və iştirakçıların fikir mübadiləsi və müzakirələr aparmasıdır.



"eTicarət Zirvə Toplantısı"nın çıxışçıları:



"Albalı Kart" Meneceri - Çingiz Abbasəliyev


"Baku Electronics" Marketinq şöbəsinin müdiri - Şirəli Ələkbərov


"İdeal Parfumeriya və Kosmetika Mağazaları Şəbəkəsi"nin Marketinq şöbəsinin müdiri – Rafiq Vəliyev


"Rahat Marketlər Şəbəkəsi"nin marketinq müdiri – Kənan Şirinov


“YapıKredi Bank Azərbaycan” ın marketinq üzrə mütəxəssisi – Məlahət Adilova


"Kapital Bank" Rəqəmsal Marketin Şöbəsinin müdiri – Rəşid Salehov


"Retail Fashion Group"un marketinq meneceri – Anar Heydərov


"Mobile Payment Systems" MMC-in biznesin İnkişafı üzrə direktoru – Nigar Axundova


"Millikart" Ödəmə Sisteminin marketinq direktoru – Nigar Rüstəmzadə


"Qafqaz Universiteti Texnoparkı"nın direktoru – İsa Qasımov


"Gozelevler.com"un həmtəsisçisi – Günel İsmayılova


"Shopera.az"ın təsisçisi & CEO – Rəşad Camal



Xatırladaq ki, 2014-cü ilin İyun ayinda ETİ və shopera.az Türkiyənin "Sahibinden.com", "Markafoni.com", "Doğan Online", "Google Türkiyə", "Garanti Bankası", "Evmanya.com", "Akakce.com", "KobiMaster" kimi iriticarət platformalarının mütəxəssislərinin iştirakı ilə "eTicarət Master Class" adlı tədbir həyata keçirdib. Tədbirə jurnalistlər və eTicarət sahəsində çalışanlar dəvətlidirlər. "eTicarət Zirvə Toplantısı" tədbirində iştirak etmək üçün biletləri shopera.az saytından sifariş edə və ya 0502820014, 0125112695 nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.