Yaxınlaşan 14 Fevral Sevgililər Günü üçün romantik reklamlar təqdim edən şirkətlər arasına “Ikea” da qatıldı. “Ikea” öz reklam çarxında gerçək həyat hekayələrindən yola çıxan ömürlük eşqlərə yer verdi.



İsveçli agentlik “Åkestam Holst” imzası daşıyan reklamda “Ikea”nın ilk mağazasının açılış tarixi olan 1958-ci ildən bəri birlikdə olan üç cütlüyün həm eşq hekayələrinə həm də Ikea ilə olan əlaqələri əks olundu.



Reklam çarxında əlbətdə bu günümüzün cütlükləri də vardır və onlar da “Ikea”dan alış-veriş edərkən yaşadıqları yaxşı-pis hekayələri və eşqlərini mağaza mühitində dilə gətirdi.