“Adidas” şirkəti yeni bir reklam kampaniyası başlatdı. Kampaniyada 4 ulduz futbolçu iştirak edir. Onlar qabiliyyətlərə qarşı nifrət hissi yaşayanlara #ThereWillBeHaters həştəqi ilə qarşı dayanır.



“Iris” imzası daşıyan reklam çarxında oynayan 4 ulduz futbolçu isə Liverpulun köhnə oyunçusu olan və indi Barcelonada oynayan Luis Suarez, “Real Madrid”dən Gareth Bale, James Rodríguez və Karim Benzema oldu.



Reklamın mövzusu isə "Kinçilər", yəni “qabiliyyətli insanlardan xoşu gəlməyən və onları pisləyənlər”dir. Reklam bu mövzu üzərindən daha da irəliyə doğru gedir və bunu söyləyir: "Əgər sənə nifrət edirlərsə, bu ola biləcək ən yaxşı haldır". Kampaniya "Yeni kramponlarından nifrət edirlər, çünki onları geyinmək istəyirlər" şüarıyla başa çatır.



Oyunçular adizero f50, Predator, Nitrocharge ve 11Promodel kramponları Yanvarın 26-dan etibarən istifadə etməyə başladı. Fevral ayının 2-si isə ayaqqabıların satışının başladığı tarix oldu. Kampaniya çərçivəsində Adidas, “Twitter”in Yanvar ayının 27-də başlayan yeni grup chat sistemini istifadə edərək, Real Madridli Karim Benzamanı sevənləri ilə görüşdürdü. Beləcə pərəstişkarları 30 dəqiqə ərzində Benzamayla söhbət etmə şansı əldə etdi.