“Miss Dior” marka üzü olan Natalie Portmanın “qaçaq gəlin” olaraq qarşımıza çıxdığı yeni reklam çarxını təqdim etdi. Sözügedən reklam çarxının rejissorluğunu Anton Corbijn edib.
Rejissor heyəti mahnı seçimi mövzusunda çox diqqətli davrandıqlarını bildirib: "Doğru musiqini tapmaq uzun bir zaman aldı və sonunda etdiyimiz seçim, bütün bucaqlardan, mahnının mənası da daxil olmaqla, reklama mükəmməllik qatdı".
Seçilən musiqi isə Janis Joplinin "Piece of my heart" parçasıdır. Çox diqqətli bir şəkildə çalışılan bir digər mövzu isə Portmanın üzərindəki gəlinlik olmuşdur. Çünki ombre təsiri yaratmaq üçün çəhrayı və ağ kölgələrlə boyanan, əllə hazırlanan yüzlərlə parça çiçəkdən ibarət olan bu gəlinliyi hazırlamaq 600 saat davam etmişdir.