Məşhur müğənni Beyonce indi də sahibkarlıq ruhu ilə diqqət çəkir. O, pəhriz mütəxəssisi Marko Borges ilə birlikdə evlərə özəl pəhriz yeməkləri xidməti şirkətini yaradıb.
Beyonceun proqramı 22 gün ərzində ətdən uzaq, yalnız tərəvəz məhsullarını yeməkdən ibarətdir. “22 Days Nutrition” kimi tanınan proqrama ilk dəfə 2013-cü ildə Borges tərəfindən başlanılıb.
Proqramın internet saytında yer alan məlumatlara görə, pəhrizin menyusunda istifadə edilən yeməklər glutensiz (buğda proteini), GMO olmayan süd məhsullarının, ət və ət məhsullarının yer almadığı məhsullardır. Evlərə özəl pəhrizin menyusunda 3-ədək yemək var. Qiymətlər beş gün beş yemək üçün 78,40 dollar, 66 yemək, yəni 22 günlük proqramın tamamlanması üçün 609,84 dollar müəyyənləşdirilib. Evlərə özəl xidmət olmasına görə 19,95 dollar karqo ödənişi də var.