Xarici dil, günümüzün olmazsa olmazlarındandır. Marketinqdə də çox əhəmiyyətli bir yer tutan xarici dili öyrənmək üçün sonsuz sayda insan var. Lakin onları kurslara cəlb etmək üçün yaradıcı elanlar lazımdır.



Bu tipli elanların son günlərdəki ən gözəl nümunəsi Rusyadan gəldi. Rusiyanın “Puşkin” universiteti şagird sayını artırmaq üçün maraqlı bir üsuldan istifadə etdi. Məşhur ikonları “matruşka” ilə birləşdirdilər.



Dizayner İra Smolikova ilə birlikdə çalışan təşkilat maraqlı və çox cəlb edici iş təqdim etdi. Hər bir afişada Pisa qülləsi, Eyfel qülləsi və Mickey Mouse kimi ikonik tikili və obrazların “matruşka”ya çevrilməsi tamaşaçılara təqdim olundu.