İnsanlar mobil telefonun enerjidi bitincə dünyanın sonu gəlmiş kimi hiss edir. “Mophie” markası insanların bu hissini başa düşür. “Super Bowl” üçün hazırladıqları ilk reklam çarxında telefonun enerjisi bitincə dünyanın darmadağın olması vurğulanıb.
“Deutsch North America”nın CEO-u Pete Favat bildirib: "Telefonunuz gücünü itirincə, Siz də gücünüzü itirirsiniz. Bu kövrək hisslə hamımız tanışıq. Bizim üçün bu yığıncaq bilmədiyiniz bir yerdə gəzərkən itmək və ya əhəmiyyətli bir telefon danışığı edə bilməmək anlamına gələ bilər. Amma kainatdakı ən güclü varlığın gücünü itirməsi həqiqətən də insanın gücünü itirməsi deməkdir".