"Air France" havayolu şirkəti Asiyada yeni Business Class kabinlərini tanıtmaq üçün, sərnişinlərin gözləmə salonunda oyun oynayıb sinif keçəbiləcəkləri bir oyun platforması yaratdı. Oyun platforması #UpgradeChallenge adlanır.
Fred & Farid Shangai adlı agentlik, Singapurdakı Changi və Osakadakı Kansai aeroportunda, gözləmə salonundakı sərnişinləri təyyarənin qalxmasından əvvəl, bir-birilərinə qarşı 15 dəqiqəlik Cloud Slicer adlı oyunu oynamağa dəvət etdi.
Ən yüksək hesabın sahibləri Business kabinində səfər etmə haqqı qazanarkən digər bütün iştirakçılar da Premium Economy kabinində bir yer qazandı. 19 Yanvardan bu yana yarışma regional səviyyəyə genişləndi. Artıq Çin, Hong Kong, Sinqapur, İndoneziya və ya Yaponiyadan uçuş edəcək olan bütün “Air France” yolçuları bir-birlərinə qarşı yarışabilir və hər ölkədən, ayın ən çox hesaba sahib iştirakçıları Parisə edəcəkləri bir sonrakı uçuşda üst sinif kabinində səfər şansı qazanır.
