Cənubi Afrikalı sığorta şirkəti “Dial Direct” yeni reklamında zamanımızı sevdiklərimiz üçün istifadə etməyimizin lazım olduğuna diqqət çəkir. Reklam çarxı Joe Public imzası daşıyır.



Notebook reklam çarxında yer aldığı teatr oyununa anasının gələ bilməsi üçün ev işlərinə kömək edən bir uşağı görürük. Otağını yığışdıran, paltarları maşına atan və qab-qacaqları yuyan uşağın bu düşüncəli halı isə əlbəttə anasını gözyaşlarına boğur.