“Reebok” yeni reklam kampaniyasında fermadan qaçan bir toyuğun macəralı səfərinə yer verir. “Venables Bell & Partners” imzası daşıyan “Free Range” kampaniyasında, ferma həyatından sıxılan bir toyuğun üsyanı təsvir edilmişdir.
Çətin yollları və maneələri aşan toyuğun fikri idman salonundakı insanların yer aldığı billboardu görüncə tamamilə dəyişir. Sonda isə qəhrəmanımız qarşısından keçib gedən idmançı insanların arxasınca fərqli bir təcrübənin yoluna düşür.