“Ikea”nın 2015-ci il üçün hazırlanan ilk reklam çarxında markanın qarderobuna yerləşmək üçün diyar-diyar gəzən köynəklərin səfəri təsvir olunmuşdur. Reklam çarxı “Mother London” imzası daşıyır.
Sözügedən reklamda bir qrup köynəyin qarlı dağlar, düzənliklər, uzun yollar aşaraq çətin bir səfərdən keçdiyi göstəriir. Reklam çarxında köçəri quşlara bənzədilən bu köynəklərin məqsədi bir “Ikea Pax” geyim şkafına yerləşməkdir.
Sözügedən reklam çarxının sonunda köçəri quşlara bənzədilən bu köynəklərin nəticədə öz arzularına çatdıqlarını görürük. Markanın "The Wonderful Everyday" kampaniyasının davamı xüsusiyyətindəki reklamın rejissorluğunu Dougal Wilson etmişdir.