“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC), “Coca-Cola” şirkəti və Azərbaycan Gənclər və İdman Nazirliyi “Youth Inc” gənc sahibkarlar proqramının icrasını birgə davam etdirir.



 


“Youth Inc” proqramı gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Ümumiyyətlə, “Coca-Cola” şirkətinin əsas məqsədlərindən biri Azərbaycanda gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır.


 


“Coca-Cola” öz resurslarından yerli icmaların inkişafına investisiya yatırır. “Youth Inc” proqramı çərçivəsində gənc sahibkarlar və tələbələrin iştirakı ilə sığortanın əsasları üzrə treninqlər keçirilib. Treninq iştirakçıları Azərbaycanın sığorta və maliyyə bazarları haqqında geniş məlumat alıb, həmçinin, sığorta sahəsində əsas terminlərinin mənasını və maliyyə sektorunda şəxsi biznesin inkişaf perspektivləri barədə öyrəniblər.


 


Bundan başqa, treninq iştirakçıları Azərbaycanın sığorta sektorunda biznesin idarə edilməsi alətlərini öyrənmək imkanı, eyni zamanda biznesin sığortası əsasları və biznes şirkətlərinin sahibkarlıq risklərinin sığortalanması barədə məlumat  əldə ediblər. Treninqlər Azərbaycan Sığortaçılar Assosiasiyası ekspertləri tərəfindən “Sığortalanmış gənclik” layihəsi çərçivəsində təşkil olunub. 


 


“Youth Inc” proqramı vaxtaşırı gənc insanlara onlara özünü inkişaf etdirmə və şəxsi biznesin yaradılması imkanını verən treninq, seminar, ustad dərsləri və digər tədbirlərdə iştirak etmək imkanının yaradır. Bundan başqa, proqram gənc sahibkarlığın inkişafı üçün bir sıra alətlər təklif edir. Son iki ildə Youth Inc çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.


 


 Proqram haqqında ətraflı məlumatı www.youthinc.az veb-səhifəsində əldə etmək olar. DVC İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanın 45 regionunda 33 000 üzvü əhatə edir. DVC Azərbaycanda gənc sahibkarlara dəstək və Biznes İnkubatorların yaradılması proqramı «Youth Inc»in müəllifidir. Proqramın inkişafı çərçivəsində təşkilat AmCham  (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Asosiasiyası) və NBİA  (Milli Biznes-İnkubatorlar Asosiyasiyası) tam hüquqlu üzvü olmuşdur.


 


“Coca Cola” şirkəti haqqında:  


 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət istehlakçılara 500-dən yuxarı qazlı və qazsız sərinləşdirici içkilər brendlərini təqdim edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.


 


“Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com. Bizi eləcə də “Twitter”də twitter.com/CocaColaCo, bizim blogda, Coca-Cola Unbottled, www.coca-colablog.com saytında vəya “LinkedIn”də www.linkedin.com/company/the-coca-cola-company izləyə bilərsiniz.