“Virgin Atlantic”in yeni kampaniyasında iş üçün tapdığı yeni fikrini inkişaf etdirmək üçün dünya səyahətinə çıxan bir adamın hekayəsindən bəhs olunur. “Adam & Eve / DDB”nin 2014, Avqust ayında qazandığı müsabiqədən sonra şirkət üçün hazırladığı ilk iş "Let it Fly" adlanır.
Kampaniya, "Dünya sənə gəlməz, sən ona get" şüarıyla insanları daha çox səyahət etməyə çağırır. Reklam çarxında fikir tapmaq və bunu qarşı tərəflə paylaşma prosesinin çətinliyi izah edilir.
Belə ki, iclas otağında təqdimat gözləyən səlahiyyətlilər "ovunu gözləyən aslanlara" bənzədilir. Ancaq bunların öhdəsindən gəlmək və beyin fırtınası reallaşdırmağın yolu olaraq dünyanı gəzmək göstərilir. Görselliği və filmə bənzər səhnələriylə diqqət çəkən kampaniya ilə əlaqədar olaraq “Virgin Atlantic”in marka başçısı Hamish Rickman, "Virgin Atlantic yeni təcrübələr həyata keçirmə mövzusunda ehtirası olan insanları cəlb edir və bu kampaniya da insanların bu düşüncə və xəyallarını reallaşdırmaq üçün onları duelə çağırır" deyərək şərh verib.