Fast food markası McDonald’s, "Bax bunu sevirəm" kampaniyasını daha müsbət bir şəkildə yenilədi. Yenilənmiş kampaniyanın “Archenemies” adlı ilk reklam çarxı həftə sonu “ABŞ” televiziyasında nümayiş olundu.



Şirkətin yeni reklamının əvvəlki kampaniyalara nisbətdə daha müsbət olduğu müşahidə olundu. Markanın CMO-su Deborah Wahl “Artıq müştəri məmnuniyyətinə ağırlıq veririk. Müştərilərimizlə daha şəffaf bir dialoq qurmağı planlaşdırırıq” deyə bildirib.



Bir dəqiqəlik reklam çarxında McDonald’s, Batman və Joker, PacMan və ruh, Jason ve Freddy, Şirinlər ve Gargamel, Road Runner və Coyote və King Kong kimi obrazları qarşı-qarşıya gətirib. Reklam çarxında bu və bənzəri obrazlar bir-birləriylə McDonald’s məhsulları istifadə edərək barışırlar. “Choose Lovin” kampaniyası tərkibindəki animasyon filminə imza atan agentlik isə “Leo Burnett”dir. Reklam çarxının musiqisi 33 yaşlı “ABŞ”lı müğənni MoZellaya məxsusdur. Mahnının adı isə “Love is Endless”dir.