Ağıllı telefon və planşetlər ilə uyğun şəkildə çalışa bilən bir çox ağıllı bilərzik var. Ancaq “Cicret” adını daşıyan yeni  bilərzik taxıla bilən cihazları bir addım daha irəli aparır.


 


Bu bilərzik, sensor ekranı qolunuzda əks etdirə bilməsi xüsusiyyəti ilə önə çıxır. “Cicret” adlı ağıllı  bilərziyin yan tərəfində projektor var. Bu projektor sayəsində mobil cihazlardakı görünüş qola əks etdirilir.


 


Ağıllı  bilərzikdə olan sensorların köməyi ilə istifadəçinin, qolunda əks etdirilən ekrana etdiyi toxunuşlar asan bir şəkildə qəbul edilir. Barmaq toxunuşlarını qəbul edə bilən ağıllı  bilərzik, Android əməliyyat sistemi ilə çalışır. Eyni zamanda, 16GB və 32GB olmaq üzrə iki fərqli variantda istehsal edilən ağıllı  bilərzik Wi-Fi, Bluetooth və Micro USB dəstəyi də təqdim edir.