Əfsanəvi futbolçu Zinəddin Zidan “MANGO Man” yaz-yay kişi geyim kolleksiyasının siması oldu. Fransalı idmançı çəkilişlərdə baş rolda iştirak etdi. “MANGO Man” reklam kampaniyasının çəkilişləri Madriddə təşkil edildi.



Zinəddin Zidan marka ilə əməkdaşlığı haqqında: “Mən artıq uzun müddətdir ki, İspaniyada yaşayıram və “Mango” brendini kifayət qədər yaxşı tanıyıram. Nə zaman ki, mənə “Mango”nun siması olmağı təklif etdilər mən həmin an razılaşdım.




Ona görə ki, mən insanların əynində müansib qiymətli və keyfiyyətli platar görəndə çox sevinirəm” deyərək şərh etdi. Futbolçu qeyd edib ki, o brendin geyimlərini yalnız reklamda deyil real həyatda da sevərək geyinir.