Kanadalı hava yolu şirkəti “Westjet” yeni il kampaniyasında yenə insanların “ən qeyri-adi kimi görünən istəklərini” yerinə yetirir. Westjet keçən il yeni il kampaniyasında hava limanında yüklərini gözləyən sərnişinlərini sürpriz hədiyyələrlə xoşbəxt etmişdi.
Westjet, bu il də Dominik Respublikasında kiçik bir qəsəbədə yaşayan hər yaşda insanı xəyallarına qovuşdurub. Qəsəbə sakinlərinin Şaxta baba ilə danışdıqları dilək ekranını qəsəbə mərkəzinə qoyan şirkət, yeni il istəklərini bir - bir dinləyib hamısını yerinə yetirib.
Hətta tək diləyi yeni bir at olan adamın istəyini belə. Şirkət xəyalları reallaşdırmaqla qalmayıb iqlim səbəbiylə qar əyləncəsini bilməyən bu insanlara yeni ilin ən önəmli xüsusiyyəti olan qar topu döyüşünü da yaşadıb və onlara etibarlı bir şəkildə hər zaman oynaya biləcəkləri bir park da hədiyyə edib.