Beynəlxalq çiçək paylama şirkəti “Interflora” üçün hazırlanan yeni reklam çarxında eşqini etiraf etməkdə bir sıra talehsizlik yaşayan bir klounun hüznünə yer verilir.
Hərkəsi güldürərkən səhnə arxasında "gözü yaşlı kloun" şablonunun daha təsirli və fərqli bir ölçüyə daşındığı reklam çarxında klounun ümidsiz eşqi vurğulanır.
“Brandhouse” imzası daşıyan reklam çarxında yazdığı məktubu sehirbazın papağı içərisində itən, ürək şəklində olan hava şarları partlayan və son olaraq nə hədiyyə verəcəyini tapa bilməyən klounun, sevgisi üçün vazgeçməməsi, bunu bəlkə klassik amma qəti bir yolla, yəni çiçək göndərərək etməsinin lazım olduğu mesajı verilir.