Reklam və Marketing mövzularını özündə birləşdirən təlim 2 hissədən ibarət olacaq. Təlimin 1-ci hissəsində Türkiyədən dəvət olunmuş mütəxəssslər, Mehmet Özkundakçı və Gürkan Günaydın çıxış edəcəklər.



“İlin reklam hesabatı” adlanan 1-ci hissədə iştirakçılar “Reklam”, “Reklamçılıq”, “Reklam Hesabatı”, “Reklamçıların Əsas Özəllikləri”, “Reklam Strategiyaları, “Yeni Nəsil Reklamçılar”, “Yaxşı Bir Reklamçı Olmaq”, “Marka”, “Markalaşma”, “Reytinq”, “Medya Planlama”, “Creativ Düşünmə”, “İllik Planlama” mövzularında professionallardan öyrənəcəklər. Təlim 2-ci hissəsində isə bu sahələrdə öz sözünü demiş Azərbaycanlı mütəxəssislərin Debatı keçiriləcək.




“Növbəti İlin Media Planlaması” adlanan 2-ci hissədə isə “İdeal Parfumery&Cosmetics” mağazalar şəbəkəsinin marketing direktoru Rafiq Vəliyev, “Unibank”ın marketing direktoru Yevgeniy Soltanov, “New Media” şirkətinin direktoru Rasim Davudov, Creativ direktor Teymur Məmmədov iştirak edəcək.



Tədbir “Qafqaz Baku City Hotel&Residence”, Qəbələ zalında keçiriləcəkdir. Təlimin programına həmçinin iştirakçıların rahat ünsiyyət qura biləcəyi “Metropol” zalında lunch da daxildir. Təlim ödənişlidir. 1-ci hissənin ödənişi 75 AZN, 2-ci hissənin ödənişi 75 AZN-dir. Hər iki hissənin birlikdə ödənişi 135 AZN-dir. İştirak etmək üçün: 012 310 20 24/25, 077 410 00 03 nömrələri ilə əlaqə saxlamaq kifayətdir.