Coca-Cola, qırmızı yük avtomobilinin “Coca-Cola”dan daha çoxunu daşıdığını izah edən bir kampaniya hazırladı. Reklam çarxında “Coca-Cola”nın ölkənin hər yerinəçataraq, xoşbəxtlik daşıdığı izah edilir.



Reklam çarxında “Coca-Cola”nın Türkiyədə reallaşdırdığı korporativ sosial məsuliyyət lahiyələrindən nümunələr tamaşaçıyla paylaşılır. Qırmızı yük maşını,“Gələcəyin əkinçiliyi” layihəsi çərçivəsində quraqlıqla mübarizə edən əkinçilərə, müasir əkinçilik tətbiq sistemlərini çatdıraraq səfərinə başlayır.



Ardı ilə 2010-cu ildən bəri “Milli Təhsil Nazirliyi”, “Aktiv Həyat Dərnəyi” və Coca-Cola ortaqlığında icra edilən və ibtidai sinif şagirdlərinin gündəlik həyatında fiziki fəaliyyət vərdişi qazandırmağı qarşısına məqsəd qoyan "Çıx Çölə Oynayaq" adlı layihəsi və şagirdləri daha aktiv bir həyata istiqamətləndirməyi hədəfləyən "3.2.1 Başla!"layihəsinə yer verilir.



Son hissədə isə, “Coca-Cola”nın 10 ildir davam edən “Milli Komandalar”"Yaxşı fərd, yaxşı vətəndaş, yaxşı futbolçu" fəlsəfəsiylə dəstək verdiyi “Təkmilləşdirilmiş Liglər”i vurğulamaq məqsədiylə, “Coca-Cola”nın qırmızı yük maşını, bir milli matçdan öncə, stadion qarşısında azarkeşlərlə görüşür. Reklam çarxında qırmızı yük maşınının son dayanacağı isə, reklam çarxının baş rolunda iştirak edən “Coca-Cola” işçisinin evi olur.