Harvey Nichols, yeni il kampaniyası təqdim etdi. Məşhur moda markası bu il də, yeni ilə xüsusi olaraq hazırlanan kampaniyası ilə ənənəvi qəlibləri yıxır və keçən ilki "Sorry, I Spent It On Myself" kampaniyasının izindən gedən bir işə imza atır.
Marka, müştərilərinin yeni ildə istədikləri hədiyyənin tam olaraq nə olduğuna və bu hədiyyənin alınmamasının nə kimi nəticələrinin olacağına dair bir mətn ehtiva edən kartlar hazırlamaqları üçün imkan yaradır.
Lüks geyim markası üçün "Could I Be Any Clearer" adlı bu kampaniyanı yaradan agentlik isə yenə “Adam & Eve / DDB”dir. “Harvey Nichols” müştəriləri, içərisində"Salamlar ... Mənə bir cüt Charlotte Olympia gümüş Octavia ayaqqabı hədiyyə etməmək olduqca qəribə olardı" kimi fərqli mesajlar olan kartları mağazalardan əldə edə bilər. Müştərilər eyni zaman “Harvey Nichols”ın "Could I Be Any Clearer" proqramından istifadə edərək öz kartlarını yarada və sosial mediada paylaşa bilər.
Markanın kampaniya üçün hazırladığı olduqca əyləncəli bir reklam filmi də var. “Harvey Nichols”ın Grup Kreatif və Marketinq Direktoru Shadi Halliwell mövzuyla əlaqədar olaraq, "Bu il müştərilərimizin Milad sabahı, ən yaxınları və ən sevdiklərindən gəlmiş və çox sevəcəkləri hədiyyələrlə oyanmasını istəyirik. Hamımız öz içimizdə böyük hədiyyələr almağı istəyirik və Harvey Nichols bu il Milad xəyallarını reallaşdıra bilmək üçün buradadır" dedi.