“Coca Cola” yeni il kampaniyasında qarşılıq gözləmədən başqalarını xoşbəxt etməyin verdiyi xoşbəxtliyi vurğulayır. Coca Cola Almaniya tərəfindən başladılan "Make Someone Happy" kampaniyası Ogilvy imzası daşıyır.



Eyni zamanda kampaniya Coca Cola Şimali Amerika tərəfindən ABŞ bazarı üçün də istifadə edilir. 2012 və 2013-cü ilin yeni il kampaniyalarında qütb ayısı xarakterini istifadə edən şirkət, bu il təkrar “şaxta baba”nı seçim etdi.