Dünyaca məşhur oyuncaq markası “Barbie” üçün müsabiqə elan olundu. Bu müsabiqəyə agentliklərin marağı olduqca çoxdur. “ABŞ”lı oyuncaq şirkəti “Mattel”in açacağı müsabiqəni qazanan agentlik “Barbie”nin qlobal kreativ işlərini öz üzərinə götürəcək.
Mərkəz nöqtəsi isə Şimali Amerikada olacaq. Mattel, “Ogilvy & Mather” ilə yarım əsrlik əməkdaşlığını 2013-cü ilin Noyabr ayında sonlandırmış və Avropa reklam hesabını “Lowe and Partners”in İspaniyadakı agentliyinə “Lola”ya təslim etmişdi.
Milli Pərakəndə Federasiyası tərəfindən hazırlanan və yayımlanan hesabatında 1959-cu ildə qurulan və “Mattel”in ən məşhur markası olan “Barbie”nin bu il ilk dəfə "yeni ildə alınan ən məşhur oyuncaq" olma ünvanını qazana biləcəyi ifadə edildi. Müsabiqəni qazanacaq agentliyin “Barbie”nin qlobal şöhrətini yenidən canlandırması gözlənilir.
