Innocean Worldwide Türkiyə “Türk Hava Yolları”nın “Olimpik Marsilya” futbol komandası sponsorluğu üçün reklam çarxı hazırladı. Reklam çarxı Fransa ilə birlikdə Yaxın Şərq və Şimali Afrika bölgələrindəki ölkələrdə də yayımlandı.



Sözügedən reklam çarxında komanda kapitanı Mandanda və Fransa Liqası qol krallığı yarışında liderliyi əlində saxlayan Andre-Pierre Gingac ilə birlikdə Imboula, Nicolas Nkoulou və Florian Thauvin kimi futbolçular yer alır.



Marsel şəhərində çəkilən və gerçək Olimpik Marsilya tərəfdarlarının da yer aldığı reklam çarxı, Marsilya şəhərinin və insanlarının özünəməxsus mədəniyyətinə etdiyi xüsusi vurğuyla da diqqət çəkir.