“Nokia” (daha doğrusu Microsoft ilə müqavilədən sonra qalan hissə) istehlakçılar üçün yeni məhsulunun təqdimatını keçirib. Təqdimatın əvvəlindəandroid “Z Launcher” üçün Nokia smart iş masasını təqdim edib.
Bu proqram əlverişli olmaqla yanaşı həm də, ona ən uyğun zamanda lazımlı proqramları təklif edərək, istifadəçinin gündəlik cədvəlinə uyğunlaşır. 100 mindən çoxtesterlər ilk gündə “Z Launcher”i sınayıb.
Daha sonra Nokia tədbirdə ilk android tableti olan “N1”i təqdim edib. Cihazın korpusu alüminiumdan hazırlanıb. Cihaz olduqca yüngül və nazikdir. Onun qalınlığı 6.9mm-dir. Tablet 2048 x 1536 piksel qətnamə ilə 7.9 düymlük ekran ilə təchiz olunub. Bundan əlavə 2.3 GHz takt tezlikli 4 nüvəli 64 bit İntel prosessoru, 2 GB RAM, 32 GB daxili yaddaş, 8 meqapiksellik əsas və 5 meqapikselli ön kameraya malikdir. Cihaz 249 ABŞ dolları dəyərindədir. Tablet Fevral ayında satışa təqdim oluncaq.

