“Honda” yeni reklam kampaniyasında 80-ci illərin cizgi film obrazlarından istifadə etdi. “ABŞ”da yayımlanacaq reklam çarxında surətlər hədəf kütləyə, "Uşaqkən anan-atan hədiyyə olaraq məni alınca çox sevinirdin, indi də elə sevinə bilərsən" mesajını verir.
80-ci illərdə uşaq olan istehlakçıların artıq avtomobil alacaq yaşa gəlmələrinə istinadən hazırlanan 30 saniyəlik 6 reklam çarxından ibarət kampaniya “Happy Honda Days” adını aldı. Reklam çarxlarında hər bir obraz avtomobilin xüsusiyyətlərini tanıdaraq, 80-ci illəri xatırladır.