Audi France “You Dare or You Dont” (Sən cəsarət edəcəksən ya yox?) adlı yeni TV reklamını təqim etdi. Təqdim olunmuş reklam çarxı brendin yeni “Audi TT” avtomobili üçün hazırlanıb.



Layihəni reklam agentliyi “Fred & Farid” hazırlayıb. “Audi TT” ilk dəfə 1998-ci ildə istehsal olunub və 2006-cı ilə qədər davam edib. Növbəti nəsil “Audi TT Coupe” 2005-ci ildə təqdim olundu. Satışları isə 2006-cı ildə start götürdü. Audi üçüncü nəsil avtomobil isə Cenevrədə 2014-cü ilin Mart ayında təqdim olundu.