New York mərkəzli moda brendi "Kate Spade" milad reklam kampaniyasında Amerikalı aktrisa Anna Kendrickə yer verdi. Moda brendinin milad reklam çarxında aktrisanın yeni il alış-verişindən qayıtdığı və evin açarlarını almağı unutduğu üçün qapıda qaldığı vurğulanır.
Real həyatda bu vəziyyət son dərəcə cansıxıcı olur. Kendrick üçün də eyniylə elədir. Lakin vaxtını keçirmək üçün aldığı məhsulları sınayır, şampanını içir, itiylə milad mahnıları söyləyir və sonunda bir şəkildə evinə girməyi bacarır.
Video eyni zamanda interaktivdir. Göstərilən məhsullara klikləmək və haqqlarında məlumat əldə etmək, daha sonra “KateSpade.com”da məhsullara insanların üzərində necə göründüyünə baxmaq mümkündür.