Türk Hava Yolları, Kobe Bryant və Lionel Messinin ardından kampaniyasına Didier Drogbanı da əlavə etdi. Keçən ilki reklam filmində Messi və Kobe arasındakı selfie yarışı, bu reklam filmində Drogba və Messi arasında fərqli bir şəkildə davam edir.



Drogbanın İstanbuldan başlayan fərqli ləzzətlər səfəri hər səfərində Messinin daha əvvəl orada olduğuna dair fotoşəkillərlə bölünür. Reklam çarxında Drogba və Messi arasındakı “daha çox səyahət, daha çox yemək yarışı” EpicFood həştəqi ilə verilir. Keçən ilki reklam çarxında istifadə olunan yumor cizgisi burada da istifadə olunub. İki məşhur futbolçunun iştirak etdiyi reklam kampaniyası “Wide Your World” adlanır.