Marks & Spencer Milad kampaniyası üçün nağıla bənzər bir konsept yaratdı. İki pərinin yeni ildə insanlara xoşbəxtlik və sürprizlər gətirdiyi reklam çarxı Rainey Kelly Campbell Roalfe / Y & R imzası daşıyır.



"Fly Me to the Moon" mahnısının səsləndirildiyi reklam çarxında vəzifələri insanları xoşbəxt etmək olan pərilər itkin bir pişiyi tapıb sahibini xoşbəxt edir, qar yağdıraraq uşaqları çölə çıxardır.



Hətta bir sevginin başlamasına belə səbəb olur. Kampaniya çərçivəsində “Twitter”də açılan @TheTwoFairies hesabından da Milada qədər insanlara kiçik amma xoş sürprizlər edilir.