İngiltərədə hər il Milad reklamlarının həyəcanla gözlənildiyi “John Lewis”in bu ilki kampaniyası, kiçik bir uşağın pinqvin yoldaşı Montyə uzun zamandır arzuladığı pinqvin yoldaşını yeni ili gözləmədən hədiyyə olaraq təqdimini və onunla keçirdiyi əyləncəli zamanları izah edir.
“Adam & Eve / DDB” imzası daşıyan reklam kampaniyasında, Calvin və Hobbesdən ilhamlanılaraq, bir uşaqla pinqvinin arasındakı yoldaşlıq əlaqəsinə əsaslanır. Reklamda pinqvin CGI texnikası ilə canlandırılır.
Reklamın musiqisi olaraq John Lennonun "Real Love" adlı mahnısı istifadə edilir və mahnını Tom Odell səsləndirir. Dougal Wilsonun rejissorluq etdiyi reklam çarxı "Give someone the Christmas theyve been dreaming of" (Birinə xəyal etdiyi Miladı verin) mesajıyla sonlanır. “John Lewis” kampaniya daxilində “Monty”nin lüks oyuncağından tutmuş uşaq kitabına qədər fərqli məhsullarının satışını reallaşdıracaq. Bununla yanaşı uşaqlara gerçək “Monty” təcrübəsini yaşadabiləcək bir mağaza da hazırlayacaq.