"Coca Cola" şirkətinin (Red) əməkdaşlığı ilə hazırladığı musiqi kampaniyası bütün dünyanı anadan uşağa keçən “QİÇS”in önünə keçməyə çağırır. Kampaniyanın açılış musiqisi əfsanəvi rok qrupu “Queen”ə aid olan "Let me in your heart again"dir.



(Red) və “Coca-Cola”nın əməkdaşlığı ilə hazırlanan kampaniya proqramı Noyabr ayı boyunca və 1 Dekabr Dünya “QİÇS” Gününə qədər 40 dan çox ölkədə yayımlanacaq.



Günümüzün musiqi mədəniyyətində böyük yeri olan Aloe Blacc, OneRepublic, Avicii və Wyclef Jean kimi adlar kampaniyanı, xüsusi olaraq hazırladıqları yeni musiqilərlə dəstəkləyir. Yaradılan qlobal fondda iştirak edilməsini təşviq etmək məqsədiylə iştirakçılara xüsusi hədiyyələr də veriləcək.



Online “Omaze”platformasıüzərindən yardım edənlər kampaniyaya dəstək olan məşhurlarla tanış olma, qastrollarına qoşulma və ya “Queen”in İsveçrədəki studiyasını ziyarət etmə fürsətini əldə edəcəklər. Kampanya daxilində, hər həftə bir müğənninin hazırlamış olduğu mahnını iTunes üzərindən yayımlamaq planlaşdırılır. Mahnılar və onların bölüşüləcəyi tarixlər isə belədir:



"Let Me in Your Heart Again" (William Orbit Mix) - Queen featuring Freddie Mercury (3 Noyabr həftəsi)


"Together" - Aloe Blacc (10 Noyabr həftəsi)


"Divine Sorrow" - Wyclef Jean featuring Avicii (17 Noyabr həftəsi)


"I Lived (RED) Remix" - OneRepublic (24 Noyabr həftəsi)